Dövlət Xidməti tələb etdi, "Aztelekom"un bu tenderlərinin nəticələri ləğv edildi - Nə baş verir?

img

05-11-2020 [10:05]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin rele avadanlıqlarının alınması (1), təmizlik işləri üçün təsərüffat mallarının alınması (2), eləcə də inzibati binasında və struktur bölmələrində cari təmir-tikinti işlərinin aparılması (3) üçün elan etdiyi açıq tenderlərin nəticələri ləğv olunub.

Bu barədə qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubuna əsasən qəbul edilib.

Xatırladaq ki, sözügedən tenderlərdə müvafiq olaraq "Compusale Technologies", "İntellekt M.A" və "SLB Construction" MMC-lər qalib elan olunub. Onlarla müvafiq olaraq 86,9 min manat, 49,5 min manat və 312,5 min manat məbləğində satınalma müqavilələri bağlanılıb/Report.

Xatırladaq ki, bir neçə ay əvvəl tenderlərlə bağlı yeni qaydalar qəbul olunub. Qaydalarda tenderlərin şəffaf keçirilməsi vacib şərt kimi önə çıxarılıb. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA