"Sivasspor" - "Qarabağ" matçının hakimləri dəyişib

img

04-11-2020 [14:22]


Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçının hakimləri dəyişib.

UEFA-nın rəsmi saytına xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlərə tapşırılıb. Referi Sandro Şarerə Stefan de Almeyda və Bekim Zoqay köməklik göstərəcək.

Avropa futbol qurumu daha əvvəl oyunu Joao Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlərə tapşırmıışdı. Görüşün 4-cü hakimi Portuqaliyalı Yanku Yoan Vasilisa dəyişdirilməyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR