Ronalduya ittiham: "Nə komanda yoldaşlarına, nə də italyanlara hörmət edir"

img

04-11-2020 [12:15]


İtaliyanın "Yuventus" klubunun sabiq futbolçusu Paskuale Bruno hazırda Turin təmsilçisində çıxış edən Kriştianu Ronaldunu tənqid edib.

"Tiki Taka"ya açıqlama verən 58 yaşlı keçmiş müdafiəçi portuqaliyalı hücumçunu nəzakətsiz adlandırıb.

Bruno 35 yaşlı forvardın iki ildir İtaliyada olduğu halda, hələ də italyan dilini öyrənmədiyini bildirib: "Özünü ifadə etmək üçün ispan dilindən istifadə edir. Nə komanda yoldaşlarına, nə də italyanlara hörmət edir".

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"da 2018-ci ildən çıxış edir. Onun klubla müqaviləsi 2022-ci ilin yayınadəkdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR