"Qarabağ"  komandası Türkiyəyə yola düşüb

img

04-11-2020 [11:51]


Sabah Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"un qonağı olacaq "Qarabağ" Bakını tərk edib.

Mia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 11:30-da Sivas şəhərinə yollanıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 19:40-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda matçın keçiriləcəyi "Sivas 4 Eylül" stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR