Türkiyədə dollar sürətlə qalxır

img

03-11-2020 [16:37]


Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi tarixi maksimumu yeniləyərək 8,5 lirəni keçib.

Məlumata görə, qonşu ölkənin milli valyutası avro və ingilis funt sterlinqi qarşısında da ucuzlaşıb.

Belə ki, Türkiyədə avronun məzənnəsi 9,9 lirəni, funt sterlinqin məzənnəsi isə 11 lirəni keçib.

Lirənin ucuzlaşmasına səbəb kimi Türkiyə Statistika İdarəsinin (TÜİK) oktyabr ayı üçün açıqladığı inflyasiya göstəricilərinin (aylıq 2,1%, illik 11,9%) yüksək olması, Türkiyə Mərkəzi Bankının svop faizini 1,5 faiz bəndi artıraraq 11,75%-dən 13,25%-ə çatdırması, ABŞ-da keçirilən preziden seçkilərinin investorların yatırım istəyini daha da aşağı salması göstərilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA