Uels millisinin baş məşqçi: "Sevgilimi döyməmişəm"

img

03-11-2020 [16:25]


Sevgilisi Keyt Qrevillə qarşı zorakılıqda günahlandırılan Uels millisinin baş məşqçisi Rayan Giqqz ittihamları rədd edib.

"The Sun" nəşri xəbər verir ki, veteran futbolçu polisə ifadəsində xanımı döymədiyini bildirib.

47 yaşlı mütəxəssis məsələyə aydınlıq gətirmək üçün hüquq-mühafizə orqanlarına kömək edəcəyini deyib.

2 gün öncə saxlanılan keçmiş yarımmüdafiəçi dinidirildikdən sonra girov müqabilində istintaq başa çatanadək sərbəst buraxılıb.

Qeyd edək ki, Rayan Giqqzlə Keyt Qrevill 2017-ci ildən sevgilidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR