ABŞ-da seçki: Trampla Baydenin yarışması bazara necə təsir edib?

img

03-11-2020 [13:02]


Bu gün keçirilən hərraclarda qızılın qiymətlərində əhəmiyyətli dəyişiklik yoxdur. Belə ki, ABŞ-dakı seçkilərin nəticələrini gözləyən bazar iştirakçıları sərmayə qoymağa tələsmir.

Bakı vaxtı ilə saat 9.21-ə olan vəziyyətə görə, Nyu-Yorkun Comex birjasında qızılın dekabr fyüçrsləri cəmi 0,02 faiz bahalaşaraq 1 892,95 ABŞ dollarından, gümüşün dekabr fyüçersləri isə 0,5 faiz bahalaşaraq 24,152 dollardan satılıb.

Ekspertlərin fikrincə, sərmayədarlar bugünkü seçkilərdə qalibin müəyyənləşməsinin çox uzana biləcəyindən narahatdır. Bu fikri “Reuters”lə bölüşən “OCBC Bank”ın iqtisadçısı Houi Lee (Howie Lee) deyib ki, belə olan halda dollar bahalaşacaq və müvafiq olaraq qızıl qısamüddətli perspektivdə ucuzlaşacaq.

Həmçinin “ED & F Man Capital Markets”ın eksperti Eduard Meir (Edward Meir) də ABŞ iqtisadiyyatı üçün yeni maliyyə təkanlarının olmaması üzündən qızıl qiymətlərinin təzyiq altında olduğunu qeyd edib. Belə ki, Donald Tramp yenidən seçilsə, yeni dəstək tədbirləri planının qəbulu uzana bilər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA