Nazir müavini: ""Qara qızıl"ın tarixi istehsal səviyyəsi bərpa ediləcək"

img

03-11-2020 [10:20]


Neftin bir barelinin qiymətinin 40-55 ABŞ dolları civarında olduğu təqdirdə, "qara qızıl"ın tarixi istehsal səviyyəsi bərpa ediləcək.

Bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin deyib.

"Qiymətlərin yenidən 10 dollara, yəni istehsalın rentabelliyini təmin etməyəcək səviyyəyə düşməsi üçün heç bir səbəb görmürük", - deyə P. Sorokin qeyd edib.

Qeyd edək ki, "Brent" markalı etalon neftinin bu ilin aprelində qeydə alınan minimal göstərici 15,98 dollar səviyyəsində olub. Bu, "OPEC+" alyansının üzvlərini neft hasilatının məhdudlaşdırılması ilə bağlı yeni qərarlar qəbul etməyə məcbur edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA