Rayan Giqqz həbs olunub - Səbəb

img

03-11-2020 [09:34]


Uels milli komandasının baş məşqçisi Rayan Giqqz həbs olunub.

Məlumata görə, İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəsi ev zorakılığında ittiham olunur.

Britaniya polisini Giqqzin sevgilisi Keyt Qrevill çağırıb. O, sabiq futbolçu tərəfindən döyüldüyünü iddia edib.

Qeyd edək ki, bu, Giqqzin ilk qalmaqalı deyil. İki il öncə onun öz xanımına qardaşının həyat yoldaşı ilə xəyanət etdiyi üzə çıxmışdı/Apasport.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA