Etibar Məmmədov dostunun sirli həbsindən danışdı

img

19-11-2013 [12:20]



"Vaqif Musayevlə şəxsi münasibətlərimizdə problem olmayıb, ancaq uzun müddətdir, əlaqə saxlamırıq. Onun hansı məsələ ilə əlaqədar həbs olunduğu bilinmir, mən də məlumatsızam. Həbsi barədə yalnız mətbuatdan oxumuşam”. 

Bunu APA-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov söyləyib.

Vaqif Musayevin ailəsi ilə əlaqə saxlamadığını deyən Etibar Məmmədov onun ailəsinin də həbsin nə ilə əlaqədar olduğunu bilmədiyini qeyd edib. Vaqif Musayevin həbsi ilə bağlı mediada yazılanlara və rəsmi məlumatlara inanıb-inanmadığına gəlincə, AMİP lideri bildirib ki, həbsin nə ilə əlaqədar olduğunu bilmədiyi üçün heç nə deyə bilməz.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA