Cəmil Həsənli rəsmi Vaşinqtonla danışıqları davam etdirir

img

18-11-2013 [18:14]


Amerika Birləşmiş Ştatlarına noyabrın 14-də başlayan səfəri çərçivəsində professor Cəmil Həsənli Vaşinqton rəsmiləri ilə bir neçə görüş keçirib. Son iki gündə C.Həsənli ABŞ Konqresində keçirilən Azərbaycanla bağlı dinləmələrdə çıxış edib və müzakirələrə qatılıb. Görüşlərdə əsas müzakirə mövzuları Azərbaycanda demokratiyanın durumu, son seçki prosesi, rəsmi Bakının daxili və xarici siyasət gündəmi ilə bağlı olub. Bu haqda xəbəri "Yeni Müsavat” ABŞ-dakı qaynaqlardan alıb.

Vaşinqtonun dəvəti ilə gerçəkləşən səfər noyabrın 14-dən 22-dək davam edəcək. Bu, Cəmil Həsənlinin Azərbaycan müxalifətinin lideri kimi ABŞ-a ilk səfəridir. ABŞ Konqresi ilə yanaşı Cəmil Həsənlinin Dövlət Departamentində, eləcə də Qafqaz regionu ilə məşğul olan bir necə strateji araşdırma fondlarında görüşləri gözlənilir. Əldə etdiyimiz özəl xəbərlərə görə, Cəmil Həsənlinin ABŞ səfərində keçirəcəyi görüşlərin bir hissəsi mediaya qapalı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA