Dieqo Maradona karantinə alınıb

img

27-10-2020 [20:58]


"Ximnasiya və Esqrima" komandasının baş məşqçisi Dieqo Maradona karantinə alınıb.

ESPN xəbər verir ki, buna 60 yaşlı mütəxəssisin koronavirusa yoluxmuş şəxslə təmasda olması səbəb olub.

Əfsanəvi futbolçu cümə axşamı koronavirus testindən keçəcək. Testin nəticəsi mənfi olacağı təqdirdə o, cümə günü "Patronato" ilə matçda komandasına rəhbərlik edə biləcək.

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında "Ximnasiya və Esqrima"ya baş məşqçi təyin olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA