Azərbaycan millisi ev oyununu Zaqrebdə keçirəcək

img

26-10-2020 [17:39]


Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, görüş Xorvatiyada baş tutacaq.

UEFA noyabrın 14-dəki matçın Zaqrebdəki "Maksimir" stadionunda keçirilməsini qərara alıb. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi hərbi vəziyyətlə əlaqədar olaraq ev oyunlarını alternativ ölkədə keçirir. Canni de Byazinin yetirmələri oktyabrın 13-də Kiprlə ev matçını (0:0) Albaniyanın Elbasan şəhərində keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR