Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanın bu kəndləri də işğaldan azad olundu - Prezident adlarını açıqladı

img

23-10-2020 [17:33]


"Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Mia.az xəbər verir ki, bu sevincli xəbəri Prezident İlham Əliyev özünün tvitter hesabında paylaşıb.

Prezident daha sonra bildirib: "Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Digər xəbərlər
SON XƏBƏRLƏR