Sərdar Cəlaloğu Vahid Əzizi "razborka"ya çağırdı

img

15-11-2013 [17:06]


"Koroğlunun Azərbaycan xalqına heç bir aidiyyatı yoxdur. O səfəvilərə qarşı vuruşan quldur kimi yadda qalıb. Vahid Əziz heç bilmir kimdən, nədən söhbət gedir.

Mən onu çağırıram gəlsin Azərbaycan televiziyasına, özü ilə də 50 nəfər alim, tədqiqatçı götürüb gəlsin və diskussiya aparaq. Sübut etsin, görək Koroğlu kim olub”.

Virtualaz.org bildirir ki, ADP sədri Sərdar Cəlaloğlu şair Vahid Əzizə bu xəbəri publika.az vasitəsi ilə göndərib. Partiya sədri qarşı tərəfin "Bu cür danışan adamların başını həkimə göstərmək lazımdır” fikrini də cavabsız qoymayıb: "O ki qaldı məsləhətinə, mən özüm həkiməm, Vahid Əzizin başında problemi varsa, gəlsin müalicə edim”. 

Qeyd edək ki, Səməd Vurğun barəsində tənqidi çıxışları ilə medianın gündəmində olan Sərdar Cəlaloğlu bu dəfə dastan qəhrəmanı olan Koroğlunu hədəfə götürüb. Modern.az-a açıqlama verən şair Vahid Əziz tarixi qəhrəmanlara bu cür münasibətin yolverilməz olduğunu bildirib:"Bu cür danışan adamların başını həkimə göstərmək lazımdır. Koroğlu hətta quldur olubsa da, dövrünə görə quldur olub.

Bu quldurluğu da xanlarla, bəylərlə mübarizədə edib. Tarixə qovuşmuş insanlara toxunmaq olmaz. Azərbaycanın ziyalıları bu sayaq ittihamlara cavab verməli idi. Amma hamısının dili gödəkdir. Çünki hərəsinin arxasında bir vaqon zibil var. 

Bizim bədbəxtçiliyimiz ondadır ki, Azərbaycan birdən-birə ağsaqqalsız qaldı. Görkəmli ziyalılarımızın hamısı birdən getdi. Belə də eləmək olmaz. Hər şeyin bir qaydası var”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA