General-deputat yeni nazirə vaxt qoydu: “100 gün sonra bilinəcək”

img

15-11-2013 [14:27]



"Orduda yerdəyişmələr düzgün qarşılanmalıdır. Çünki orduda rütbəsindən asılı olmayaraq, yerdəyişmə və tərxis olunma labüddür”. 

 Mia.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, ehtiyatda olan general-mayor, Respublikanın sabiq hərbi komissarı Əliağa Hüseynov deyib. 

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi birləşmələrdə aparılan dəyişikliklərə toxunan sabiq hərbi komissar yeni nazir Zakir Həsənovun kadr islahatları haqda bunları deyib: "Ordu daim inkişafdadır. Bu həm texnika, həm də kadr sahəsində müşayiət olunur. İntensiv dəyişikliklər isə kadr sahəsində mövcud olur. Yaşlı nəsil qulluğunu başa vurubsa, ehtiyata getməlidir. Əlbəttə, hər bir şəxs istər ki, birgə çalışdığı şəxs peşəkar olsun”.

Ə. Hüseynov əlavə edib ki, Z. Həsənovun müdafiə naziri vəzifəsinə təyinatı çox düzgün qarşılanıb və cəmiyyət tərəfindən alqışlanıb: "Zakir Həsənovun müdafiə naziri vəzifəsində fəaliyyətinin 100 günü hələ olmayıb. Hələ ki, proses hərbi hissələrlə əyani tanışlıq və problemlərin müəyyənləşdirilməsi mərhələsindədir. 100 gündən sonra isə aparılan yoxlamaların və tanışlığın yekunu olaraq, prezidentə məruzə ediləcək, nəticə bilinəcək”.

Ə. Hüseynov onu da bildirib ki, ehtiyac duyulan zabitin orduda xidmətə cəlb olunması, xidmət müddətini artırılması nazirin müstəsna hüququdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA