Qoç - mürəkkəb, qarışıq zamandır. İstəklər və niyyətlər gərginlik yarada bilər. İntiqam hissi və ya opponentin yalan danışdığını aşkarlamaq istəyi işlərin gedişatına çox pis təsir edə bilər.
Buğa - enerjiniz yalnız bir istiqamətdə olmamalıdır. Günün ikinci yarısı yeni layihələr və ya işlər üçün sərfəli deyil. Əks cins mənsubu sizinlə maraqlana bilər. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Normal istirahət etməyə çalışın.
Əkizlər - fəaliyyətinizdən həzz alırsınızsa, həttə ən rutin, gündəlik işlərə də yaradıcı yanaşma tələb olunur. Qayğılar bu gün maksimum vaxt alacaq. İşlərin öhdəsindən gəlmək istəyirsinizsə, təcrübəli insanların məsləhətlərinə qulaq asın.
Xərçəng - İradlar və tənqidlər sizi təbdən çıxarmasın. Emosiyalarınıza nəzarət edin. Günün ikinci yarısında yaxınlarınızla müzakirələr və ya mübahisəni təxirə salın. Belədə təmaslarda rəvanlıq yaranacaq. Axşam saatları romantik görüş üçün münasibdir.
Şir - xaotik hərəkət etməyin. Əvvəlcədən hazırladığınız plana riayət etməyi unutmayın. Hətta ən kiçik məsələlərdə də intizamlı olun. Adi günlərlə müqayisədə daha mühafizəkar olun.
Qız - dəvət aldığınız tədbirə qatılın. Orada siz vaxtınızı xoş keçirəcək, yeni tanışlıqlara nail olacaqsınız. Yaradıcılıq potensialınız yüksəkdir. Bir sıra hadisələr, insanlar və məqamlarla bağlı mövqeləriniz maraqlıdır. Yaxın ətrafınızdakı insanlar əməllərinizi bəyənəcəklər.
Tərəzi - yeni işgüzar tərəfdaşlar tapmaq olar. Seçdiyiniz yoldan sapmayın, əməllərinizdə və qərarlarınızda ardıcıl, qətiyyətli olun. İntizamı unutmayın. Xoşagəlməz işi təxirə salmaq, bəyənmədiyiniz insanlarla görüşə getməmək istəyinə qapılmayın.
Əqrəb - məhsuldar iş günüdür. İşlər çox olacaq, amma ruhdan düşməyin. Məşğul olduğunuz cari işlər, gerçəkdən də, önəmlidir. Darıxmayın, pərişanlığa qapılmaın. Gəlirləri artırmaq imkanları yaranır.
Oxatan - dəyər verdiyiniz insanla münasibətləri sərinləşdirməyin. Şərtləri dəyərləndirin, situasiyadan maksimal dərəcədə yararlanmağa çalışın. Axşam saatlarında görüşə yollana bilərsiniz.
Oğlaq - işləri qaydaya salın. Proseslərin adət etdiyiniz məcrada olmasına çalışın. Narahat olmayın, situasiyanın kəskin dəyişə biləcəyini düşünməyin. Kənar amillərdən və ya başqasının tələbatından asılısızsa, durum ağırlaşacaq.
Dolça - dəyər verdiyiniz insanın diqqətini cəlb etmək üçün ekstravaqant addımlar atmayın. Sükan arxasında ehtiyatlı davranın. Cərimə riski var.
Balıqlar - dəyər verdiyiniz insanlardan biri qərarlarınıza qəflətən etiraz etməyə başlayacaq. O, bunu açıq-aşkar yox, gizlicə edəcək. Sevdiyiniz insanla açıq söhbətə başlaya bilərsiniz.(Milli.Az)