“Hər şey çox yaxşıdır, mən yeni mahnı üzərində çalışıram”.
Mia.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
“İnanın, bu dəqiqə o qədər gərgin iş rejimindəyəm ki... Bilmirəm, mahnını yazdırım, onu aranjiman etdirim... Zəng edib deyirlər ki, “barənizdə nəsə eşitmişik”, “səhhətinizdən narahatıq”, “efirlərdə görünmürsüz”. Bir sözlə, hər şey yaxşıdır”, - deyə Nisə Qasımova bildirib.
Müğənni tezliklə onu sevənləri öz mahnıları ilə sevindirəcəyini vurğulayıb.
Qeyd edək ki, Xalq artistinin xərçəngə yoluxması ilə bağlı məlumatlar yayılmışdı.