Azərbaycan milli komandasının yeni baş məşqçisi bəlli olub.

Mia.az xəbər verir kii,  AFFA ilə italyan Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib və bu gün müqavilə imzalanıb.

AFFA-nın məlumatına görə, müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.