Türkiyədə daha 41 nəfər koronavirusdan ölüb.
Mia.az xəbər verir ki, bu barədə məlumatı Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir bildirib ki, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 096-ya çatıb: "Son gün ərzində isə 1610 nəfər virusa yoluxub ki, bununla da yoluxanların sayı 148067 nəfərə çatıb".
Nazir deyib ki, son gündə daha 2004 nəfər isə sağalıb.