Moskvanın Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovun qətli və bu qanlı hadisədə azərbaycanlı Orxan Zahid oğlu Zeynalovun ittiham olunması son günlər Rusiya və Azərbaycan mediasının əsas xəbərinə çevrilib.
Rusiyanın hakimiyyət orqanlarının, siyasi və ictimai xadimlərinin, media qurumlarının bu qətl hadisəsi ətrafında yaratdıqları isterik vəziyyət Qərb mətbuatının da diqqətini özünə çəkib. ABŞ-ın nüfuzlu "The Washington Post" qəzeti başda olmaqla, Qərbin əksər media qurumları Biryulevo rayonunda məişət zəminində baş vermiş qətlin Rusiyada ciddi hadisələrə yol aça biləcəyinə diqqət çəkməklə, bu hadisənin həm də Rusiyanın ciddi problemlərinin olduğunu üzə çıxardığını qeyd edirlər.
Orxan Zeynalovun təqsirləndirildiyi qətl hadisəsi Rusiya-Azərbaycan münsibətlərinə də təsirsiz ötüşməyib. Artıq hər iki ölkənin rəsmi qurumları arasında qarşılıqlı iradlar səsləndirilib.
Məişət zəminində baş verən bir cinayətin ciddi siyasi hadisələrə səbəb ola biləcəyi ilə bağlı şərhə keç-məzdən əvvəl, iki məsələyə aydınlıq gətirmək yerinə düşərdi.
Birincisi, təəssüf ki Rusiyaya, eləcə də dünyanın digər ölkələrinə miqrasiya edən həmvətənlərimizin ək-səriyyəti bəzən mənsub olduqları xalqın maraqları və imici haqqında düşünmədən hərəkət edirlər. Bu isə bəşəriyyətin inkişafına verdiyi tövhə ilə dünyanın öndəgedən xalqından biri olan azərbaycanlılar haqqında mənfi rəyin yaranmasına səbəb olur. Lakin bir çox hallarda həmvətənlərimizin müəyyən oyunların qurbanı olduğunu da görməmək mümkün deyil. Biryulevo rayonundakı qətlin də ustalıqla qu-rulan bir "tamaşa" olmadığını hələlik kimsə söyləyə bilməz.
Yeqor Şerbakovu öldürməkdə ittiham olunan Orxan Zeynalov məhkəmədə bu hadisədə əli olmadığını, ilkin ifadəsini fiziki təzyiq altında verdiyini deyib. Əgər onun təqsirsizliyi sübuta yetirilərsə, bu qətl ətra-fında düzənlənən "şou"nun Azərbaycan əleyhinə, ən azından Rusiyadakı azərbaycanlılara qarşı düşü-nülmüş oyun olduğu təsdiqlənəcək.
İkincisi, bəşəriyyətin bir hissəsini ruhi problemi olan insanlar təşkil etdiyi kimi, Azərbaycan xalqı da bu problemdən kənarda deyil. O.Zeynalovun da ruhi problemli şəxs olması mümkündür və hətta bunun müəyyən əlamətləri də qeyd edilir. Məsələn, səslənən fikirlərdən biri də odur ki, O.Zeynalov spirtli içki qəbul etdikdən sonra affekt vəziyyətində olur və hərəkətlərinə nəzarət edə bilmir. Avropada belə ci-nayətlər baş verdikdə, ilk olaraq cinayəti törədənin ruhi problemlərinin olub-olmadığı araşdırılır. Y.Şer-bakovun qətli isə Rusiya, eləcə də bütün postsovet məkanının bu məsələdə Avropadan nə qədər geri qaldığını göstərir.
Rus şovinistlərinin "linç məhkəməsi"
Dünyanın əksər böyük ölkələrinin qanunsuz immiqrant problemi olsa da, Rusiya bəlkə də dünyada ye-ganə ölkədir ki, burada qanunsuz immiqrantlar irqçiliyə səbəb olub. Əgər dünyanın böyük ölkələrində qanunsuz immiqrant axını iqtisadi problem kimi qəbul olunursa, ruslar bunu qeyri-slavyanların Rusiyaya yürüşü kimi qəbul edirlər.
Rusiyada sakitlik və dinclik hökm sürəndə, heç kim qeyri-slavyanların xidmətlərini qeyd etmir. Hətta hə-min qeyri-slavyanlar idman yarışlarında Rusiya üçün medallar qazananda və bu dövlətin bayrağını qaldı-randa belə, media "rusiyalı idmançı"nın şəninə təriflər söyləyir, amma onun milli mənsubiyyətini xatırla-mır. Ancaq bir cinayət və terror hadisəsi baş verdikdə, mühakiməsiz-filansız qeyri-slavyanların Rusiya-dakı cinayətkarlığın əsas səbəbkarı olması haqqında rəy yaradırlar. Bunun ardınca isə rusların "linç məh-kəmələri" başlayır. Yəni, onlar qarşılarına çıxan bütün qeyri-slavyanları cəzalandırmağa, onlar üçün "linç məhkəməsi" qurmağa çalışırlar. Yeqor Şerbakovun ölümündən sonra da belə hadisələr baş verdi. Hə-min ərəfədə bir azərbaycanlı ilə bir özbəyin qətlini də "linç məhkəmələri"nin hökmünün nəticəsi say-maq olar. Rusiyanın rəsmi orqanları, siyasi və ictimai xadimləri, eləcə də mediası "linç məhkəmələri"nin qurulmasının qarşısını almaq əvəzinə, bunu təşviq edirlər.
Y.Şerbakovu qətlə yetirməkdə təqsirli bilinən O.Zeynalovun həbs olunduqdan sonra birbaşa Rusiyanın Daxili işlər naziri Vladimir Kolokoltsevin otağına gətirilməsi səhnəsini isə ABŞ prezidenti Barak Obamanın dünyanın bir nömrəli terrorçusu hesab olunan Ben Ladenin məhvedilmə aktını izləməsi ilə müqayisə etmək olar. Daxili işlər nazirinin bu addımı qədim ənənələri olan Rusiya dövlətçiliyinə həqarətdən başqa bir şey deyildir. Belə hadisələr İraqın kürd muxtariyyətində baş versəydi, bunu anlayışla qarşılamaq olardı. Ancaq təkçə Daxili İşlər Ќazirliyinin yaranma tarixi iki əsrdən artıq olan dövlətin, həm də dünyanın ikinci böyük dövləti adına iddialı bir dövlətin Daxili işlər nazirinin bunu etməsi Rusiya cəmiyyətini bü-rümüş böhrandan xəbər verir. Bu böhran isə o qədər dərindir ki, artıq Rusiya dövlətinin gələcəyini də şübhə altına alır. Hələlik isə, Rusiyanın hakim dairələri qeyri-slavyanlara "linç məhkəmələri" qurdurmaq-la cəmiyyətin diqqətini pis idarəçilikdən yayındırmaq istəyirlər.
Rusiya Sovet İttifaqının taleyini yaşaya bilər
Biryulevo rayonundakı qətl ətrafında düzənlənən "şou"dan çıxan başqa bir nəticə Rusiyanın Sovet İtti-faqının dağılmasından ibrət götürməməsi ilə bağlıdır. Rusiya rəhbərliyi unudur ki, Sovet İttifaqının dağıl-masının əsas səbəblərindən biri bu qüdrətli ölkədə milli münasibətlərin yanlış tənzimlənməsi oldu. Çox-millətli və müxtəlif dinlərin yayıldığı Rusiyada isə məişət müstəvisində baş verən cinayətə etnik və milli don geyindirilməsi yaxşı nəticələr vəd etmir. Bu tip hadisələr cəmiyyətdə milli və dini dözümsüzlüyü ar-tırır ki, bu da Rusiya dövlətini məhv edə bilər. Y.Şerbakovun qətli ətrafında yaradılan isterik vəziyyətdən ayrı-ayrı siyasi, iqtisadi və hətta cinayətkar dairələrin yararlandığı, bu zaman Rusiya dövlətinin maraqla-rının zərər gördüyünə rəsmilərin etinasız yanaşmaları isə Rusiyada dövlət aparatının çökməkdə olduğu-nu deməyə sas verir.
Heç şübhəsiz, Y.Şerbakovun qətli ətrafında "şou" yaradılması prosesində siyasi və iqtisadi xeyir götür-mək istəyənlərin də rolu var. İndi bəziləri arqument kimi qətlin baş verdiyi Biryulevo rayonunda yerlə-şən meyvə-tərəvəz bazasının illik gəlirinin 9 milyard dollar təşkil etməsi və qətl ətrafında süni ajiotajın yaranmasında da məqsədin bu bazanı ələ keçirmək olduğunu qeyd edirlər.
Başqa bir məlumata görə, Moskva ətrafında iki istiqamətdə böyük baza tikilsə də, bu bazaların işini təş-kil etmək mümkün olmurmuş. Biryulevo rayonundakı meyvə-tərəvəz bazası bağlandıqdan sonra isə idxal olunan malların bu bazalara istiqamətlənəcəyi və müştərilərin də bu bazalara üz tutacağı gözlənilir.
Biryulevo rayonundakı qətl ətrafında "şou"nun yaranmasında Moskva meri Sergey Sobyanin ilə Daxili işlər naziri Vladimir Kolokoltsevin xüsusi canfəşanlıq göstərməsi bu şəxslərin özlərinin və yaxud da onla-rın bağlı olduqları qruplaşmanın yeni bazaların sahibləri olmasını da düşünməyə imkan verir. Çox güman ki, "Şerbakov şou"sunun arxasında da Rusiyada böyük sərvətə sahiblənmək istəyən qrupların mübari-zələri durur. Acınacaqlı hal ondan ibarətdir ki, Rusiya dövləti və ayrı-ayrı dövlət stukturları da bu oyunla-rın iştirakçısına çevriliblər. Bu isə Rusiya dövlətinin ciddi tənəzzül keçirməsindən xəbər verir.
Rusiya ilə ittifaq mümkündürmü?
Şerbakovun qətli ətrafında düzənlənən isterika çox incə bir siyasi məsələnin mümkün olub-olmamasına və onun perspektivinə də aydınlıq gətirdi. Məlum oldu ki, prezident Vladimir Putinin Gömrük İttifaqı və Avrasiya İttifaqı ideyalarını həyata keçirmək üçün Rusiyada münbit şərait yoxdur. Rusiya cəmiyyətinin inteqrasiyaya hazır olmadığı kimi, özünü təcrid etməyə daha çox can atdığı üzə çıxdı. Bu isə Putinin bö-yük ciddi-cəhdlə həyata keçirmək istədiyi Gömrük İttifaqı və Avrasiya İttifaqı ideyasının cəmiyyətin için-dən gəlmədiyini, əksinə, Rusiya cəmiyyətinin buna hazır olmadığını göstərdi.
Bu gün Rusiyada qonşu ölkələrə qarşı viza rejiminin tətbiq edilməsi tələb olunursa və cəmiyyətin əksər hissəsi bunu dəstəkləyirsə, deməli, Moskvanın düşündüyü ittifaq xalqların arzusu deyil. Bu, yalnız rəsmi dairələrin, ilk növbədə prezident Vladimir Putinin Rusiyanın ətrafında böyük ittifaq yaratmaq arzundan irəli gəlir. Rusiyanın hazırkı durumu isə cəmiyyətin bu proseslərə hazır olmadığını göstərir.
Bu gün Rusiya cəmiyyəti Cənubi Qafqaz və Orta Asiya respublikaları ilə ittifaq yaratmağa hazır olmaq bir yana, özünün tərkibindəki milli muxtariyyətlərin təmsilçilərinə dözmək iqtidarında deyil. Biryulevo rayo-nundakı qətlin ərafında yaranan "şou" da məhz bu acı reallıqları üzə çıxardı. Bu isə Rusiya prezidentini özünün Gömrük İttifaqı və Avrasiya İttifaqı ideyasını yenidən dəyrləndirməsini gündəmə gətirib. Rəsmi Moskvanın yeni ittifaqlarla bağlı məsələyə yenidən baxıb-baxmayacağını söyləmək mümkün olmasa da, bu ittifaqa qoşulması gözlənilən ölkələr yenidən düşünməlidirlər.
Son zamanlar, xüsusilə də prezident seçkilərindən sonra Azərbaycanın da Gömrük İttifaqına və Avrasi-ya İttifaqına qoşula biləcəyi ilə bağlı fikirlər səslənir. Bununla bağlı hətta müəyyən tarixlər də göstərilir. Rusiyanın yaratdığı bu ittifaqa qoşulmaq istəyənlər əvvəlcə irqi, dini və etnik dözümsüzlüyün hökm sürdüyünü nəzərə alıb, yeni yaradılan ittifaqın perspektivi barədə ciddi düşünsələr, yaxşı olar. Ümumiy-yətlə, belə bir ölkə ilə ittifaqın mümkün olub-olmadığına dair suala cavab verməyin tam zamanıdır.
Biryulevo rayonundakı qətllə bağlı Rusiya cəmiyyətinin isterikası bu dövlətlə ittifaq yaratmağın mümkün olmadığını, yaradılacaq istənilən ittifaqın isə xalqların ittifaqı olmayacağını bəri başdan söyləməyə imkan verir. İki ölkənin rəsmi qurumları arasındakı "bəyanat və nota savaşı" isə siyasi dairələrin inteqrasiyaya hazır olmadıqlarını göstərir. Y.Şerbakovun qətlinin üzə çıxardığı ən böyük həqiqət Rusiya cəmiyyətinin heç bir inteqrasiyaya hazır olmadığını tam çılpaqlığı ilə ortaya qoydu. Belə görünür ki, rusların düzənlə-cəyi "Varfolomey gecəsi" hələ qabaqdadır.