“Azərbaycanda əmlak və kapital amnistisyası hələ ki, İşçi Qrup səviyyəsində müzakirə edilir”.

Mia.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı beynəlxalq təcrübə öyrənilir: "Sahibkarların və bank sektorunun buna böyük marağı var. Proses başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.