Azərsu" ASC maye xlorun (1), eləcə də nəqliyyat və xüsusi texnika vasitələri üçün mal-materialların (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibləri "Old Line Traiding Company" və "Universal Pro" MMC-lərdir.
Qalib şirkətlərə müvafiq 1.889.000 manat və 553 min manat, ümumilikdə isə .2 442.000 manat ödəniləcək.