Bu ilin yanvar-may aylarında Gürcüstan 195,6 mln ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib.
Bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Bu məhsullar qonşu ölkənin ümumi idxalında 6,6% paya sahib olub. İllik müqayisədə Gürcüstanın neft və neft məhsullarının idxalında 29,6% azalma qeydə alınıb.
Bu ilin ilk beş ayında Gürcüstan 167,3 mln ABŞ dolları dəyərində təbii qaz tədarük edib. Ötən ilin eyni göstəricisi ilə müqayisədə məhsulun həcmi 0,6% azalıb/Report