Belçikada son sutkada 71 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, eyni dövr ərzində 6 nəfər pandemiyanın qurbanı olub.
Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 60 100-ə yüksəlib, ölənlərin sayı isə 9 661-ə çatıb/Report.