Ermənistanda daha 397 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 17 064-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 16 nəfər artaraq 285-ə çatıb. İndiyədək 6 276 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 409 aktiv koronavirus xəstəsi var/Report.