İranda daha 107 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bu məlumatı İran Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 8837 nəfərə çatıb: "Son gündə daha 2472 nəfər isə koronavirusa yoluxub ki, bununla da COVID-19 daşıyıcılarının sayı 187427 nəfərə yüksəlib".