“Azərbaycan COVID-19 böhranına, həmçinin çoxtərəfli çərçivədə cavab tədbirlərinə fəal şəkildə cəlb olunub və Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ayırıb”.
Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, bunu “Şərq Tərəfdaşlığı” üzrə Xarici İşlər nazirlərinin video-telekonfrans görüşündə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, Azərbaycan, eyni zamanda, 4 ölkənin müraciəti əsasında onlara ikitərəfli qaydada yardım göstərib: "Bu gün Azərbaycan COVID-19-la mübarizədə ən çox humanitar yardım göstərən ölkələr siyahısındadır və bu, bizim həmrəylik və əməkdaşlığa sadiqliyimizə dəlalət edir”.