Donald Trampın tələbiylə ABŞ ordusu İranda zənginləşdirilmiş və ötən ilin iyun ayında həyata keçirilən bombardmanla yerin altında qalmış uranı ələ keçirmək üçün bir plan hazırlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı iddianı “Washington Post” qəzeti yazıb.
Qəzet amerikalı rəsmilərə istinadən yazıb ki, plan ABŞ hərbi rəsmiləri tərəfindən Trampın tələbi ilə hazırlanıb və ötən həftə ona təqdim edilib: “Plan İranda təxminən 450 kiloqram yüksək zənginləşdirilmiş uranı ələ keçirmək üçün regiona qazıntı avadanlıqlarının yerləşdirilməsi və radioaktiv materialı daşımaq üçün yük təyyarələri üçün uçuş-enmə zolağının inşasını qədər hər şeyi əhatələyib”
Qəzetə danışan ekspertlər isə uranı İrandan çıxarmaq üçün yüzlərlə, hətta minlərlə əsgərin və ağır texnikanın yetərsiz qala biləcəyi ehtimalını da qabardıblar: “Bunları regiona – Uranın olduğu əraziyə cəmlənməsi asan deyil, olduqca çətin və mürəkkəb məsələdir”.
Xatırladaq ki, keçən il İsrail və ABŞ-ın İrana qarşı hava hücumlarından əvvəl, ölkənin 450 kiloqramdan çox 60% zənginləşdirilmiş uran və 20% səviyyəsində təxminən 200 kiloqram parçalanan materiala sahib olduğu açıqlanıb. İddialara əsasən, bu da qısa zamanda nüvə silahı istehsalına zəmin yaradır…
Hüseyn Namazov
MİA.AZ