Azərbaycan Respublikasında koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib".