İranın paytaxtı Tehran şəhərində yerləşən küçələrindən birinə ABŞ-da polis zorakılığı nəticəsində həyatını itirən afroamerikalı Corc Floydun adının verilməsi təklif olunub.

İSNA-nın verdiyi xəbərə görə, bu təkliflə İran parlamentinin deputatı Məhəmməd Mehdi Zahidi çıxış edib. 

“Mən kapitalist Qərb sisteminə etiraz olaraq Tehran küçələrindən birinə Corc Floydun adının verilməsini təklif edirəm”, - deyə iranlı deputat qeyd edib/APA.