Ermənistanda daha 566 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 14 669-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 245-ə çatıb. İndiyədək 5 466 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 876 aktiv koronavirus xəstəsi var/Report.