Gürcüstanda tibbi heyət arasında 97 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, bu göstərici COVID-19-a ümumi yoluxanların 13%-ni təşkil edir.

Mərkəz rəhbəri qeyd edib ki, yoluxanlar arasında həkimlərlə yanaşı, orta və kiçik tibb işçiləri də var/Report.