Ötən həftə koronavirusa yoluxduğunu açıqlayan Ermənistanın baş naziri Nikol Paşinyan sağalıb.
Bunu hökumət başçısı “Facebook” səhifəsində bildirib.
N.Paşinyanın sözlərinə görə, ailə üzvləri də koronavirusdan sağalıb.
Qeyd edək ki, Nikol Paşinyan iyulun 1-də özünün və ailə üzvlərinin koronavirusa yoluxduğunu açıqlamışdı/Report