İranda daha 70 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bu məlumatı İran Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 8134 nəfərə çatıb: "Son gündə daha 2043 nəfər isə koronavirusa yoluxub ki, bununla da COVID-19 daşıyıcılarının sayı 173 832 nəfərə yüksəlib".