Belçika Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi çatdırıram.

Pandemiya ilə əlaqədar çətin vəziyyətin yarandığı bu günlərdə Sizə və xalqınıza rifah və firavanlıq arzulayıram".