FİFA Haiti Futbol Federasiyasının prezidenti Yves Jan-Bartla bağlı qərarını açıqlayıb.
Məlumata görə, o, 90 gün müddətinə vəzifəsindən uzaqlaşdırılıb. Bbuna səbəb onun qadın futbolçuları təcavüz etməsi iddiasının ortaya atılmasıdır.
Jan-Bart Haitinin qadınlardan ibarət millisinin bir neçə oyunçusunu zorlamaqda ittiham olunur. Hazırda bununla bağlı istintaq davam etdirilir. FİFA da istintaq müddətində onun səlahiyyətlərini yerinə yetirməməsini məqsədəuyğun bilib. Jan-Bart qarşıdakı 3 ay ərzində prezidentlik vəzifəsini icra edə bilməyəcək.
Qeyd edək ki, Yves Jan-Bart 20 ildir Haiti Futbol Federasiyasına rəhbərlik edir/apa.