Türkiyədə daha 32 nəfər koronavirusdan ölüb.
Mia.az xəbər verir ki, bu məlumatı Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, bununla da Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 4340 nəfərə çatıb: "Son sutkada daha 1141 nəfər isə koronavirusa yoluxub. Bununla da ölkə üzrə virus daşıyıcılarının sayı 156827 nəfərə yüksəlib".