Azərbaycanda indiyədək koronavirusdan 2253 nəfər sağalıb.
Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 3 631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 2 253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1 335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".