İspaniyada ötən sutka ərzində daha 123 nəfər koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bununla da krallıqda pandemiya qurbanlarının sayı 26 744-ə çatıb.
Ölkədə koronavirusa yoluxanların sayı 227 436-ya yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.