Rusiyada son bir gündə 11 656 nəfərdə koronavirus aşkarlanıb..

Mia.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 221 344 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 94 nəfər artaraq 2 009-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 39 801 nəfər sağalıb.