İdman gimnastikası üzrə Rusiya millisinin baş məşqçisi Andrey Rodionenko koronavirusa yoluxub.

Bu barədə TASS-a bəddi gimnastika üzrə yığmanın baş məşqçisi İrina Viner-Usmanova məlumat verib. Bildirlib ki, komandada 2001 təvəllüdlü idmançıda da virus aşkarlanıb. 

Qeyd edək ki, daha öncə Boks üzrə Rusiya millisinin məşqçisi Anton Kaduşində koronavirus simptomları aşkarlanıb.