Koronavirusa yoluxan Türkiyə millisinin keçmiş qapıçısı Rüştü Recber hələ də reanimasiyadadır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı Işıl Reçber açıqlama verib.

O bildirib ki, Rüştünün müalicəsi davam edir: "Hərarəti nəzarət altına alınıb. Vəziyyəti yaxşıya doğru gedir. Rüştüdə xəstəlik anidən üzə çıxdı. Virus birbaşa ağciyərə keçibmiş. Tənəffüs çatışmazlığı olduğu üçün həkimlər dərhal müdaxilə etdi. Yoldaşım hələ də reanimasiyadadır”.