Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşü keçirib. 

"Report"un məlumatına görə, rəqib yenə Makedoniya yığması olub. Görüş Samir Əliyevin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, bu komandalar arasındakı ilk görüşdə də Azərbaycan millisi qalib gəlmişdi - 2:0.