Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Mia.az xəbər verir ki, bu gün "Qalatasaray" Rizədə qollu bərabərə (1:1)qaldığı "Çaykur Rizəspor"la doğma meydanında qarşılaşıb.
Oyun "Qalatasaray"ın qələbəsi ilə başa çatıb - 2:1.
Qolları Adəm Büyük (60-cə dəqiqədə penalitidən); Lemina (83) və Oğulcan Çağlayan 75 (penalti) vurublar.
Beləliklə, "Fənərbaxça", "Antalyaspor", "Alanyaspor", "Ərzurumspor" və "Kırklarelispor", "Trabzonspor", "Sivasspor"dan sonra "Qalatasaray" da 1/4 finala yüksəlib.