Rəsmi Moskvanın ciddi-cəhdlə hazırlaşdığı Böyük İyyirmilərin Sankt-Peterburq sammiti Rusiya diktatoru Vladimir Putin üçün məğlubiyyətlə başa çatdı. Böyük İyyirmiliyə daxil olan 11 ölkə - ABŞ, Avstraliya, Fransa, Böyük Britaniya, Kanada, İtaliya, Yaponiya, Cənubi Koreya, İspaniya, Türkiyə və Səudiyyə Ərə-bistanı bəyanatla çıxış edərək BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı sərt qətnamə qəbul etməsinin tərəfdarı olduqlarını bildiriblər.
Bu bəyatı imzalayan 11 dövlət Vaşinqtonun Suriya ilə bağlı siyasətini də dəstəkləyiblər. Bəyanatda BMT Təhülkəsizlik Şurasının Suriya məsələsində iflic olduğuna, bu ölkədə münaqişə başlayandan heç bir qə-rar qəbul edə bilməməsinə diqqət çəkilir və bunun qəbuledilməz olduğu qeyd edilir.
BMT Təhlükəsizlik Şurasının Suriyaya qarşı sərt qətnamə qəbul edə bilməməsinə daha çox Rusiyanın mane olduğunu nəzərə alsaq, G-20-liyə daxil olan ölkələrin yarıdan çoxunun bu bəyanatla ad çəkmə-dən Moskvanı tənqid etdiyi aydın görünür. Bundan başqa, bəyanat müəlliflərinin Dəməşq ətrafında kimyəvi silahdan istifadənin məsuliyyətini Suriya diktatoru Bəşər Əsədin üzərinə qoyması və BMT Təhlükəsizlik Şurasının qətnaməsinin olmamasına baxmayaraq, Vaşinqtonun hərbi əməliyyatlara başlamaq istəyi müdafiə olunur.
G-2O klubuna daxil olan 11 dövlətin bu bəyanatı Moskvanın Suriya məsələsində ən böyük diplomatik məğlubiyyəti hesab oluna bilər. Məsələ ondan ibarətdir ki, Rusiya BMT Təhlükəsizlik Şurasında veto hü-ququndan istifadə edərək Suriyaya qarşı sərt qətnamə qəbulunun qarşısını alırdı və sərt qətnamə qəbuluna çalışan ABŞ-ın diplomatik cəhdlərini uğursuzluğa uğradırdı.
Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sərt qətnamələrin və sanksiyaların qəbulunun qarşısını almasına heç cür mane ola bilməyən rəsmi Vaşinqton uzun müddət idi ki, yaranmış bu vəziyyətə görə sərt tənqid olunurdu. Təhlükəsizlik Şurasının 2,5 il ərzində Suriyadakı qanlı qırğınları dayandırmaq iqtidarında olmaması bütövlükdə, həm də bu qurumun dünyanın idarəçiliyindəki növqeyini şübhə altına alırdı. Təsadüfi deyil ki, G-20-lərin Sankt-Peterburq sammiti ərəfəsində belə fikirlər səslənirdi ki, Suriya məsələsi Təhlükəsizlik Şurasından alınıb, Böyük İyyirmilərin öhdəsinə verilməlidir. Bu fikrin tərəfdarları hesab edirlər ki, G-20 BMT Təhlükəsizlik Şurasına nisbətən daha çox dövləti əhatə edir və ən əsası, bu klub müasir dünyadakı reallıqları daha çox əks etdirir. Yeri gəlmişkən, bu fikirlər beynəlxalq təşkilatların, xüsusən də BMT-nin islahatlara ehtiyacı olması haqqında uzun müddətdən bəri səslənən fikirlərlə üst-üstə düşür. G-20-lərin Sankt-Peterburq sammiti ərəfəsində bu klubun dünyanın idarə edilməsində daha çox haqqı olması ilə bağlı fikirlər də buradan qaynaqla-nır. Bu təkliflərin reallaşıb-reallaşmayacağı isə yaxın gələcəkdə məlum olacaq. Ancaq hazırda bu klubun böyük nüfuzu var. Çünki Böyük Səkkizlik formatı da BMT Təhlükəsizlik Şurası formatı kimi daha az dövlətin təmsilçiliyi ilə formalaşıb və son 20 ildə böyük inkişaf yolu keçən bir çox dövlətlər dünyanın idarəçi-liyində yer almaq iddiasındadır. Bu mənada G-20 klubu daha cəlbedicidir və buna görə də bu klubun Sankt-Peterburq sammiti böyük maraq kəsb edirdi.
Digər tərəfdən, son zamanlar Rusiya ilə ABŞ arasında münasibətlərin gərginləşməsi G-20-lərin sammiti-nə olan marağı daha da artırır və görüşdən kimin üstünlüklə ayrılacağı səbirsizliklə gözlənilirdi. Bir çoxları hətta bu sammiti Putin-Obama rəqabətinin açıq səhnəsinə çevriləcəyini də proqnozlaşdırırdı. Bu proq-nozlar müəyyən mənada reallaşdı. Belə ki, Putin ABŞ prezidentinin təqdim olunduğu kimi çox böyük li-der olmadığını göstərmək üçün onu qarşılamağa getmədi. Putin Obamanın qarşılanmasına ikinci-üçüncü çinli məmurları göndərməklə onun dünya lideri olmadığını xüsusi qabartmağa çalışdı.
Qeyd edək ki, Putin bu addımları və bir çox liderlərin Suriya məsələsində qeyri-müəyyən mövqe tutma-sı ilə istəyinə bir qədər nail oldu. Hətta sammitin ilk günü belə təəssürat yaranırdı ki, tədbir tamamilə Moskvanın planlaşdırdığı kimi gedir və Rusiya ABŞ-ı özü ilə hesablaşmağa məcbur edə biləcək. Amma deyəsən, ABŞ Dövlət Departamentində oturanlar Rusiyanın hansı addımlar atacağını proqnozlaşdırıb, əks-cavablar hazırlamışdı. Yəni G-20-liyə daxil olan ölkələrdən 11-nin adından yayılan bəyanatın mətninin əvvəlcədən razılaşdırılması istisna deyil və bu bəyanat ABŞ Dövlət Departamentinin çox uğurlu addı-mı hesab oluna bilər. Görünür, Moskva bunu gözləmirmiş və buna görə də bu məğlubiyyət Kreml üçün çox təsirli oldu.
G-20-liyə daxil olan 11 dövlətin eyni mövqedən çıxış etməsinin doğurduğu şok-effekti Rusiya diktatoru Vladimir Putinin sonrakı addımlarında da görmək mümkündür. Sammitlə bağlı mətbuata açıqlamasında Rusiya diktatorunun diqqətləri iqtisadiyyatla bağlı müzakirələrə və alınmış qərarlara yönəltməyə çalış-ması da diqqətdən qaça bilməzdi. Halbuki G-20-lərin Sankt-Peterburq görüşünün tarixə Suriya sammiti kimi düşəcəyinə şübhə yoxdur. Lakin Rusiya diktatoru medianın diqqətini sammitin faktiki olaraq ikinci dərəcəli məsələsi olan iqtisadiyyatla bağlı müzakirələrə yönəltməyə çalışması alınmadı və dünyanın aparıcı kütləvi informasiya vasitələri sammit iştirakçılarının yarıdan çoxunun imzaladığı bəyanatı günün əsas hadisəsi kimi təqdim etdilər.
G-20-yə daxil olan ölkələrin Sankt-Peterburq sammitinin Moskva üçün gözlənilməz məğlubiyyətlə bitməsi Rusiya diktatorunun Suriya ilə bağlı açıqlamasında da öz təsirini göstərdi. Əgər bir neçə gün əvvəl Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ölkəsinin Suriyaya görə müharibə etməyəcəyini açıq mətnlə bəyan etmişdisə, sonradan Putin tamamilə fərqli bəyant verdi. Doğrudur, Rusiya diktatoru ölkəsinin müharibəyə qoşulacağını söyləmədi. Ancaq bəyan etdi ki, Suriya kənardan hərbi müdaxiləyə məruz qalsa, Rusiya ona kömək edəcək.
Putin bu köməyin silah və maddi yardımdan ibarət olacağını bildirib. Ancaq, hətta bu fikirlərin özü də Moskvanın əvvəlki mövqeyindən geri çəkildiyini göstərir və Rusiya diktatorunun belə bəyanat verməsi onun Sankt-Peterburq sammitində üzləşdiyi diplomatik məğlubiyyətini kompensasiya etmək cəhdin-dən başqa bir şey deyil.
G-20-yə daxil olan ölkələrin Sankt-Peterburq sammitində 11 ölkənin Suriya məsələsində BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan belə, Suriyaya hərbi müdaxiləyə tərəfdar çıxması isə dünyada yeni siyasi vəziyyətin yaranmasını göstərir. Belə məlum olur ki, Təhlükəsizlik Şurası artıq özünün əvvəlki sta-tusunu itirir.
Dünyadakı proseslərin və hazırkı siyasi vəziyyətin beynəlxalq təşkilatların mövqeyinə təsir göstərdiyini ötən yazılarımızın birində də qeyd etmişdik. Dünyanın idarə olunmasını ötən əsrin ortalarında öz üzəri-nə götürmüş təşkilatların dünyanın bugünkü reallıqlarına cavab vermədiyi də məlumdur. Buna görə də beynəlxalq təşkilatların dəyişikliyə məruz qalacağı aydın görünürdü və G-20-lərin Sankt-Peterburq sammiti dünyadakı proseslərin bu istiqamətdə getdiyini bir daha təsdiqləyir. Tezliklə bu prosesin güclənə-cəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Moskvanın yaratmağa çalışdığı Avrasiya İttifaqı da bu prosesin tərkib hissəsidir.
G-20-liyə daxil olan ölkələrin Sankt-Peterburq sammiti həm də faktiki olaraq, Suriyaya hərbi müdaxiləni sanksiyalaşdıran bir sammit kimi də tarixə düşəcək. Belə görünür ki, bu sammit iştirakçılarının yarıdan çoxunun Suriyaya hərbi müdaxiləyə çağırması hərbi müdaxilənin önündə "yaşıl işıq" yandırır. Dünyanın ən böyük iyyirmi dövlətindən yarısının dəstəyini alan və bununla çox ciddi diplomatik dəstək qazanan ABŞ-ı isə deyəsən, artıq heç kim saxlaya bilməz. Belə görünür ki, bu ay ərzində dünya ABŞ-ın Suriyaya dağıdıcı zərbələrinin şahidi olacaq. Belə demək olar ki, dünyada yeni siyasi vəziyyət yaranmağa başlayır və bu prosesə Putini öz doğma vətənində məğlub etməklə başlayırlar.