Gələn ildən Azərbaycanın heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
Bununla yanaşı, gələn ildən Azərbaycanda heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.
Bundan başqa, sənəddə quş ətinin satışının ƏDV-dən azad edilməsi ilə bağlı 2017-ci ildən tətbiq edilən qaydanın müddətinin 2023-cü ilin sonuna qədər uzadılması təklif olunur.
Bu məsələ "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb/Report.