ABŞ-ın nəhəng texnologiya şirkətlərindən "Apple" maliyyə hesabatını açıqlayıb.
Mia.az xarici mətbuata istinadla bildirir ki, hesabata əsasən, şirkətin xalis satışları üç aylıq dövrdə illik müqayisədə 16 faiz artaraq bazar gözləntilərini aşıb.
Məlumata görə, şirkətin ümumi xalis satışları bu dövrdə illik müqayisədə 16 faiz artaraq 143,8 milyard dollara yüksəlib: "Şirkətin xalis mənfəəti eyni dövrdə 42,1 milyard dollara (əvvəlki ildə 36.3 milyard olub - Ma.az) çatıb"
Xəbərdə o da deyilir ki, ötən 3 ayda şirkətin səhmi də bahalaşıb: "Hər səhm 2,4 dollardan 2,84 dollara yüksəlib".
Lamiyə
MİA.AZ