Leykoz xəstəliyindən əziyyət çəkən jurnalist dostumuz Nicat Dağlara ilkin tibbi yardım Gürcüstanda gös-tərildi. Sonra isə müalicə olunmaq üçün onu Almaniyaya göndərdilər. Nicatın ailə üzvləri Azərbaycan hə-kimlərinin diaqnozundan baş açmadıqları üçün onu Tiflisə aparmışdılar. Bəlkə də onları qorxudan fan-tastik müalicə xərcləri olmuşdu.
"Nabran Holiday Village" adlı istirahət mərkəzində ayaqlarını itirən 2 yaşlı İmran Cəfərzadəni də Almani-yaya apardılar. Azərbaycan səhiyyəsi Nicat və İmran kimi xəstələrə şəfa verməkdə acizdir. Azərbaycan-da ancaq pulu olmayan adamlar öz həyatlarını yerli həkimlərə etibar edirlər. Mənim o qədər də imkanlı olmayan qohumlarımın ayağının biri İranda qalıb. Bir az imkanı olan adamlar isə xəstələnəndə Türkiyəyə üz tuturlar. Pullu insanların çoxu sadə katarakta əməliyyatını da Avropada elətdirir. Azərbaycan səhiyyə sisteminin əsas işi ölən xəstələrin statistikasını hazırlamaqdan ibarətdir. Hətta bunu da düz-əməlli ba-carmırlar...
Uzun müddətdən bəri ağır xəstəlikdən əziyyət çəkən Qarabağ müharibəsi veteranı Rüxsarə Cumayeva da indi Türkiyədədir. Artıq bir neçə gündür ki, türkiyəli həkimlər mərhum komandir Şirin Mirzəyevin "Qarabağın Tutusu" adlandırdığı Rüxsarə xanımı həyata qaytarmağa çalışırlar. Halbuki onun sağalması üçün Azərbaycan səhiyyəsi heç bir iş görmədi. Rüxsarə Cumayeva Türkiyəyə getdiyi günə kimi həkim nəzarətində olub. Biz bir neçə dəfə görüşsək də, mən heç vaxt onun səhhətində müsbət dəyişiklik mü-şahidə etmədim. Həkimlərimiz onu müvəqqəti də olsa, dəhşətli ağrılardan xilas edə bilmədilər. Rüxsarə Cumayeva kimi Nicat da, İmran balamız da Azərbaycanı acı çəkə-çəkə tərk etdilər.
Bu ölkədə Nicat Dağlar, İmran Cəfərzadə, Rüxsarə Cumayeva kimi minlərlə xəstə var. Amma yerli səhiyyə sistemi bu xəstələrin heç birinə kömək edə bilmir. Mənə hələ də aydın deyil ki, Azərbaycan həkim-ləri hansı xəstəlikləri müalicə edə bilirlər. Necə olur ki, ürəyi ağrıyan, dalağı sancan, gözü tutulan, qulağı ağır eşidən xəstələrin hamısı xaricə üz tutur? Bəs, Səhiyyə Nazirliyi niyə mövcuddur? Öz vətəndaşının inamını itirən bir qurumun fəaliyyət göstərməsinə nə qədər ehtiyac var? Bu nazirlik nə vaxt işə yaraya-caq?
Peşə fəaliyyətimlə əlaqədar olaraq, tez-tez ölkəmizin müxtəlif bölgələrinə gedirəm. Azərbaycanın bü-tün rayonlarında dəbdəbəli xəstəxanalar tikilib. Diaqnostika mərkəzlərinin parıltısı adamın gözünü qa-maşdırır. Amma bu xəstəxanalar ancaq qarnı ağrıyan adamları müalicə etməyə qadirdir. Halbuki belə bəsit xəstəliklərin müalicəsi üçün külli miqdarda dövlət əmlakını sərf edib, xəstəxana tikməyə ehtiyac yoxdur. Hələ əlli il bundan əvvəl mənim rəhmətlik nənəm kəndimizdə qarnı ağrıyan adamları xalq təba-bəti ilə müalicə edirdi. O vaxt bizim kənddə heç xəstəxana da yox idi...