Uzun müddətdir, "Azercell"lə aramızdakı məhkəmə çəkişməsi bitdi və haqsız yerə məndən 62 manat 60 qəpik pul aldılar.
Mətləbə keçməmişdən əvvəl onu qeyd edim ki, "Azercell"lə məhkəmə
çəkişməsi zamanı bu günə kimi Azərbaycanın məhkəmə-hüquq sistemi ilə
bağlı yazdığım hər bir cümlənin həqiqət olduğuna tam əmin oldum. Öz
timsalımda bir daha gördüm ki, Azərbaycan məhkəmələrində ədalətdən başqa
nə desən, tapmaq olar. Azərbaycan məhkəmələrində hətta qatığın qara
olması ilə bağlı qərarın çıxarılması da mümkündür. Nə isə...
Keçək
mətləbə. Deməli, 2010-cu ilin aprelində DNS "Bahar kampaniyası"
keçirirdi. Kampaniyaya görə, hər notebook alana bir ədəd "Azercell" data
kartı hədiyyə olunurdu. (Etməz olaydı - Z.Ə.) Üstəlik, bir il-lik hər
ay mənə 200 meqb internet paketi verilmişdi, əlavə istifadə elədiyim
internetin 1 mqb-na isə 7 qəpik ödəyirdim. Ancaq 2011-ci ilin martında
"Azercell"in yeni "oyun"u başladı. İnternetim kəsildi, zəng edib
səbəbini soruşanda dedilər ki, bəs kampaniya bitib, əlavə işlətdiyin
internetə görə 43 manat borc-lusan. Bir qədər də aydınlaşdıranda məlum
oldu ki, "Azercell" heç bir xəbərdarlıq etmədən tarif qiymə-tini 10 dəfə
artırıb. Ən maraqlısı odur ki, sən demə, "Azercell" bir ili 11 ayla
ölçürmüş.
Başınızı ağrıtmaq istəmirəm. Pulu ödəmədim, məni məhkəməyə
verdilər. Əvvəlcə Sumqayıt Məhkəməsində işə baxıldı. Bir-iki iclasdan
sonra "Zaur, get camaatın pulunu ver!",- qərarı verildi.
Apellyasiya
şikayəti verdim. Burda da eyni cavabı aldım. Amma bir fərqi odur ki,
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi də dedi ki, bir ildə 11 ay var.
Son qərar oldu ki, mən haqsız yerə, "Azercell"in he-sabına 58 manat pul
köçürməliyəm.
Ali Məhkəməyə Vəkillər Kollegiyasının üzvü olan
vəkillə müraciət etməli olduğumdan bıçaq sümüyə di-rəndi. 58 manata görə
kimə deyim ki, gəl, mənim işimə pulsuz çıx. Nə isə, bununla da məhkəmə
çəkiş-məsi bitdi. 1-0 "Azercell"in xeyrinə. Ədalət mühakiməsi olmayan
bir məmləkətdə buna normal baxmaq lazımdır.
Bir-iki gün əvvəl
Sumqayıt Şəhər İcra Şöbəsindən zəng elədilər ki, get camaatın pulunu
ödə. Mən də paşa-paşa gedib pulu ödədim. Sonra dedilər ki, bəs İcra
Şöbəsinin də "hesabı"nı verməlisən. O da 4 ma-nat 60 qəpik elədi. Yəni,
ədalətsiz bir məhkəmə qərarına görə 62 manat 60 qəpiyi verdim yelə. Bu
oyu-nun mənim başıma "Azercell" açdı. Ona görə də hər iki dünyada iki
əlim bu şirkətin yaxasında olacaq. Məndən haqsız yerə alınan hər qəpiyi o
şirkətə halal etmirəm.
Ќeçə gündür ki, müqəddəs Ramazan ayı
başlayıb. "Azercell" Ramazan ayı münasibətilə abunəçiləri üçün yeni
kampaniyaya start verib. 17 iyul - 21 avqust 2012-ci il tarixlərini
əhatə edəcək Ramazan kampaniya-sı çərçivəsində "Azercell" abunəçiləri
daha sərfəli tariflə ünsiyyət quracaqlar. Belə ki, bu müddət ərzin-də 5
AZN və ya daha yüksək nominalda kart yükləyən bütün "Azercell"
Fakturasız Xətt abonentləri ölkə-daxili 1 dəqiqə=5 qəpik tarifi ilə
danışacaqlar.
Haqsız yerə məndən və mənim kimi minlərlə insandan
aldığınız halallığı verilməyən pulları bu cür kam-paniyalarla yumaq
olmur. Pul əl çirkidir, amma haram pul "qara ləkə" kimi bir şeydir.
Yumaqla təmizlən-məz...